eMarketerə istinadən, ABŞ-da online reklam xərci bu il daha çox, yəni 20% artacaq və demək olar ki, 40 milyard dollar təşkil edəcək.


2 rəqəmli artım ABŞ-da 2015-ci ilə qədər gözlənilir, o vaxta qədər amerikalı reklam verənlər 52.8 milyard dollar xərcləmiş olacaqlar. 2016-cı ildə isə bu rəqəm 62 milyard dollara çatacaqdır.


\"USA\"


ABŞ-da internet reklamın bu qədər artması ilk dəfə olaraq ənənəvi media resursları – qəzet və jurnallarda çap reklamlarını ötüb keçməyə imkan verəcək.


\"\"


“Goldman Sachs”a istinadən 2012-ci ildə Rusiya internet bazarı da 37% artımla yaxşı nəticələrdən hesab olunur. İlin sonuna Rusiyada internet reklamın payı bazarın 16,9%-ni təşkil edib. ABŞ-dan fərqli olaraq Rusiyada hələ 2011-ci ilin 3-cü rübündə internet reklamın payı KİV-də çap reklamlarını qabaqlamışdır.